"Neyşinal Ceoqrafik" ilə birlikdə, "Mir Korporeyşn" böyük turoperatoru Gürcüstana səyahət turlarını hazırlayacaq
"Neyşinal Ceoqrafik" ilə birlikdə, "Mir Korporeyşn" böyük turoperatoru Gürcüstana səyahət turlarını hazırlayacaq

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava Amerikanın böyük turoperatorları ilə görüşdü və onlarla ABŞ-dan, Kanadadan, Yeni Zelendiyadan və başqa inglisdilli ölkələrdən turistlərin daxil olmasının artırılması məsələsini müzakirə etdi.

Görüşdə qeyd edildi ki, “Neyşinal Ceoqrafik” ilə birlikdə, “Mir Korporeyşn” böyük turoperatoru Gürcüstana səyahət turlarını hazırlayacaq.

Qeyd olunan servisin istifadəçiləri Şimali Amerikanın, Yeni Zelandiyanın və  başqa inglisdilli ölkələrin vətəndaşları olacaqlar. Şirkət onların tələblərinə uyğun olan zərfləri təklif edəcək.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava qeyd olunan layihəni müsbət dəyərləndirdi.

Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.