NDI - Sorğulananların 53% iqtidarın fəyaliyyətini orta səviyyəli kimi dəyərləndirir
Milli Demokratik İnstitutu NDİ, sorğu keçirərək, vətəndaşlara iqtidarın fəaliyyətini dəyərləndirmələrini xahiş etdi.
Sorğulananların 53% iqtidarın fəaliyyətini orta səviyyəli hesab edir, 32% – pis dəyərləndirir, 13% – Yaxşı, 2%-nin isə, heç cavabı yoxdur.
Milli Demokratik İnstitut NDİ və CRRC–Gürcüstan, medyaya 2017-ci ildə keçirilən sorğunun nəticələrini təqdim etdilər.
Tədqiqat noyabrın 29-dan, dekabrın 19-na qədər dövrü əhatə edir.
NDİ-ın tədqiqatları Böyük Britaniyanın UK Aid təşkilatının maddi dəstəyi ilə, CCRC-Gürcüstan tərəfindən keçirilir.