NDI-ın nümayəndə heyəti Gürcüstanda prezident seçkiləri üçün hazırlıq prossesini dəyərləndirəcək
NDI-ın nümayəndə heyəti Gürcüstanda prezident seçkiləri üçün hazırlıq prossesini dəyərləndirəcək

Milli-Demokratik İnstitutunun (NDI) nümayəndə heyəti Gürcüstanda prezident seçkiləri üçün hazırlıq prossesini dəyərləndirəcək. Beynəlxalq müşahidəçilər artıq Tbilisiddirlər.

NDI-ın məlumatına görə, nümayəndə heyətinin Gürcüstana səfərinin məqsədi seçki prossesinə qarşı ictimaiyyətin etimadının gücləndirilməsidir. 

Nümayəndə heyətinin üzvləri – Karl İnderfurt, Kristin Tod-Vitman, Per Eklund, Mariya Babiç, Lora Tornton və Melissa Musiodur.

Nümayəndə heyəti 23-27 iyulda hakimiyyətin nümayəndələri, seçki namizədləri, siyasi partiya liderləri, seçki administrasiyası, media və mülki bölmə nümayəndələri ilə görüşəcəklər.

NDI-ın nümayəndə heyəti seçkiqabağı mühitin dəyərləndirməsinin əsas yekun və zəmanətlərini mətbuat konfransında, iyulun 27-də dərc etdirəcək.