NATO-Gürcüstan-Ukrayna Komisiyasının iclasında Ukrayna tərəfi Qara Dənizin patrul edilməsi zərurəti məsələsini qaldıracaq
NATO-Gürcüstan-Ukrayna Komisiyasının iclasında Ukrayna tərəfi Qara Dənizin patrul edilməsi zərurəti məsələsini qaldıracaq

NATO-Gürcüstan-Ukrayna Komisiyasının iclasında Ukrayna tərəfi Qara Dənizin patrul edilməsi zərurəti məsələsini qaldıracaq.

Ukrayna medyasının məlumatına görə, bu barədə Avro-inteqrasiya məsələləri üzrə baş nazir İvana Klimpuş-Tsintsadze verdi.

Ukrayna vitse-premyerinin bəyanatına görə, Qara Dənizdə NATO-nun üzv ölkələrini gəmilərinin partul edilməsi artıq çoxdandır ki, alyansın müzakirə mövzusudur.

NATO-Gürcüstan komisiyasının iclası dekabrın 4-5-də NATO-nun Xarici İşlər Ministerialı çərçivəsində planlaşdırılıb.

Ukraynanın baş naziri Rusiya tərəfindən həbs edilən dənizçiləri hərbi girovlar adlandırdı.

Ona qədər isə, Ukrayna prezidenti Petro Poroşenko NATO-ya müraciət edirdi ki, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün bir neçə gəmi göndərilsin.

Bu tələbi Petro Poroşenko, noyabrın 25-də rus gəmiləri tərəfindən Ukraynan gəmilərinə atəş açıldıqdan sonra göndərdi.

İnsindent zamanı Rusiya tərəfi 24 Ukraynalı hərbçiyi girov aldı.