Natiya Turnava - panikaya əsas yoxdur, lakin düşünürəm Çindən birbaşa uçuşları dayandırmalı olacağıq
Natiya Turnava - panikaya əsas yoxdur, lakin düşünürəm Çindən birbaşa uçuşları dayandırmalı olacağıq

Düşünürəm Çindən birbaşa uçuşların dayandırılması barəsində qərar qəbul etməli olacağıq, – bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava jurnalistlərə bəyan etdi.

Onun dediyinə görə, İqtisadiyyat Nazirliyi, həmçinin Səhiyyə Nazirliyi və başqa idarələr vahid koordinasiya qrupuna qoşulublar və hər şey edilir ki yeni koronavirusla bağlı vacib prevensial tədbirlər görülsün.

“İlk növbədə Səhiyyə Nazirliyinin bu prosesdə lideriliyi var, lakin hamımız iştirak edirik. Çindən gələn sərnişinlərə skrininq edilir və biz də qoşulmuşuq, lakin düşünürəm Çindən birbaşa uçuşların dayandırılması barəsində qərar qəbul etməli olacağıq, baxmayaraq ki, panikaya heç bir əsas yoxdur. Daha sakit olmaq üçün, biz düşünürük bu qərar qəbul olunacaq”, – Natiya Turnava bəyan etdi.