Natiya Turnava - Çin və İran ilə aviareyslərin dayandırlması bir ayda təxminən 30 milyon larilik ziyan yaratdı, lakin vətəndaşlarımızın sağlamlığı üstündür
Ümid edirəm koronavirus problemi daha tezliklə aradan qaldırılacaq, nəinki reyslərin dayandırılmasını davam edirəcəyik, – bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava bəyan etdi.
“Koronavirus qlobal problemdir və sözsüz ki, hamı çox ciddi yanaşır. İlk növbədə bildirmək istəyirəm ki, Gürcüstan səhiyyə sistemi bu çağırışı hazırlıqlı qarşılayır. Siz görürsünüz ki, bütün vacib tədbirlər görülür. Səhiyyə nazirinin rəhbərlik etdiyi fövqəladə qərargah mövcuddur və nümayəndələrimiz burada müntəzəm olaraq toplaşırlar. Çin və İran ilə aviareyslərin dayandırlması bir ayda təxminən 30 milyon larilik ziyan yaratdı. Lakin, bizim üçün sözzsüz ki, vətəndaşlarımızın sağlamlığı üstündür. Bu bizim prioritetimizdir”, – nazir bəyan etdi.
Onun dediyinə görə, ümid edir ki, koronavirus təhlükəsi və ona qarşı qəbul olunan tədbirlər müvəqqətidir və qeyd olunan çağırış tezliklə aradan qaldırılacaq.
Elə onun byan etdiyinə görə, İtaliya ilə uçuşların dayandırılması bu mərhələdə planlaşdırılmır, çünki Səhiyyə Nazirliyi tərəfindən bənzər zəmanət verilməyib.