Natia Turnava - Müxalifət məğlubiyyətə məhkumdur və zorakılıq ssenariləri düşünməqdən başqa yol tapa bilmirlər
Müxalifət məğlubiyyətə məhkumdur və zorakılıq ssenariləri düşünməkdən başqa yol tapa bilmir, – bu barədə bəyanatı Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava iqtidar administrasiyasında keçirdiyi brifinqdə verdi.
Onun dediyinə görə, “Gürcü Arzusu” ilk turda qalib gələcək.
“Biz əminik ki, “Gürcü Arzusu” ilk turdan, səslərin əksəriyyəti ilə qalib olacaq. Bütün obyektiv tədqiqatlar və əhalinin əhval-ruhiyyəsi bunu göstərir. Əhali ilə gündəlik ünsiyyətimiz var. Mən və digər həmkarlarım və həmçinin, baş nazir region əhalisi ilə görüşlər keçiririk. Əhali etdiyimiz işlər görür və əminəm ki, xalq bizə yenə etimad göstərəcək və mandat verəcək.
Müxalifətin əhval-ruhiyyəsinə gəlincə isə, onlar bilirlər ki, məğlubiyyətə məhkumdurlar. Onların praktiki olaraq, zorakılıq ssenariləri düşünməkdən başqa yolları yoxdur, ki bu da radikal müxalifəti xarakterizə edir.
Onların etiraz üçün hazırlıqları da bundan irəli gəlir. Əlbəttə ki, biz hərhansı zorakılığın qarşısını alacağıq. Əhali inqilablar istəmir” – dedi Natia Turnava.