Natia Turnava - "Lufthanza" şirkəti avqustun 2-dən, həftədə iki dəfəTbilisi-Münhen, Münhen-Tbilisi avia-reyslərini həyata keçirməyə hazırdır
“Lufthanza” şirkəti avqustun 2-dən, həftədə iki dəfə Tbilisi-Münhen, Münhen-Tbilisi avia-reyslərini həyata keçirməyə hazırdır, – bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalına İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava verdi.
Natia Turnavanın dediyinə görə, Gürcüstan iqtidarının bugünki qərarı ilə, Gürcüstan sərhədləri beş ölkə – Almaniya, Fransa, Latviya, Litva və Estoniya üçün açılacaq.
Baltikyanı ölkələrə – Latviya, Litva və Estoniyaya gəlincə isə, Natia Turnavanın dediyinə görə, “Earbaltik” şirkəti ilə danışıqlar aparılır və böyük ehtimalla avia-reyslər avqust ayından həyata keçiriləcək.