Natia Turnava - Koronavirusla bağlı qoyulan məhdudiyyətlər nəticəsində, ölkənin turizm industriyası 30 million laridən artıq zərər gördü
Natia Turnava - Koronavirusla bağlı qoyulan məhdudiyyətlər nəticəsində, ölkənin turizm industriyası 30 million laridən artıq zərər gördü

Yeni koronavirusun yayılması, dünya iqtisadiyyatına olduğu kimi, Gürcüstan iqtisadiyyatına da ciddi zərər verdi, – bu barədə bəyanatı Gürcüstanın İqtisadiyyat Naziri Natia Turnava bu günki hökümət iclasından sonra verdi.

“Zərərin həcmini dəqiq deyə bilmərəm, çünki rəqəmlər tez-tez dəyişirilir, ancaq ilin ilk iki ayında, müəyyən ölkələrlə gediş-gədişin məhdudiyyətləşdirilməsi nəticəsində, ölkənin turizm industriyası 30 milyon laridən artıq zərər gördü. Ancaq bu dəqiq rəqəm deyil və hadisələrin necə inkişaf edəcəyini gözləyirik. Hər şey bu qlobal təhlükənin nə qədər davam edəcəyindən asılıdır” – dedi nazir Natia Turnava.