Natia Turnava - Gözləniləndən daha böyük iqtisadi artım, məqsədyönlü iqtisadi siyasətimizin nəticəsidir
Natia Turnava - Gözləniləndən daha böyük iqtisadi artım, məqsədyönlü iqtisadi siyasətimizin nəticəsidir

Gözləniləndən daha böyük iqtisadi artım, məqsədyönlü iqtisadi siyasətimizin nəticəsidir, – bu barədə bəyanatı İqtisadiyyat və Stabil İnkişaf naziri Natia Turnava verdi.

Natia Turnava qeyd etdi ki, ilkin nəticələrə görə, 2019-cu ildə, Gürcüstan iqtisadiyyatı 5.2 faizlə artıb və bu yüksək göstəricidir.

“Ən əsası da odur ki, bu proqnoz edildiyindən daha yüksək göstəricidir, çünki 2019-cu ildə, Beynəlxalq Valyuta Fondunun proqnozu sadəcə 4.5 faizlik artım idi” – dedi Natia Turnava.

Nazirin dediyinə görə, Gürcüstanın İqtisadi artımının əsas faktoru 2019-cu ildə, eksportun güclənməsi oldu.

“2019-cu ildə, ixrac göstəricimiz son on illərin ərzindəki rekord göstəriciyi – 3 milyard 770 milyonu belə aşdı. Gürcü məhsullarımız Avropa bazarlarında daha rəqabət qabiliyyətli oldu. Biz “Gürcüstanda istehsal et” kimi müxtəlif proqramlar vasitəsi ilə, gürcü biznesinə yardım edirik”, – dedi nazir.

Nazirin dediyinə görə, sahə strukturu baxımından, sənaye, işlətməçilik sektoru və turizm industriyası, restoranlar və mehmanxanalar, liderlik edirlər.