Natia Mezvrişvili - Prokurorluq müəyyən şəxslərə qarşı cinayət işinin qaldırılması üçün, Xorava küçəsində baş verən qətl cinayəti ilə bağlı əlavə dəlillərin olub-olmamısını dəyərləndirməlidir
Natia Mezvrişvili - Prokurorluq müəyyən şəxslərə qarşı cinayət işinin qaldırılması üçün, Xorava küçəsində baş verən qətl cinayəti ilə bağlı əlavə dəlillərin olub-olmamısını dəyərləndirməlidir

Daxili İşlər Nazirinin müavini Natia Mezvrişvili jurnalistlərin suallarını cavablandırarkən bəyan etdi ki, Prokurorluq müəyyən şəxslərə qarşı cinayət işinin qaldırılması üçün, Xorava küçəsində baş verən qətl cinayəti ilə bağlı əlavə dəlillərin olub-olmamısını dəyərləndirməlidir.

Onun dediyinə görə, hərhansı şəxslərə qarşı cinayət işinin qaldırılması haqqında rekomendasiyaların verilməsi parlamentin müvəqqəti istintaq komisiyasının səlahiyyətinə daxil deyil.

“Mənim üçün, bir hüquqşünas olaraq, komisiya tərəfindən, hərhansı bir şəxsə qarşı cinayət işinin qaldırılması ilə bağlı rekomendasiyaların verilməsi anlaşılmaz və qeyri-məqbuldur. İstintaq hələ başa çatmayıb, müvafiq olaraq da, rekomendasiyaların verilməsi üçün tezdir. Ancaq, görünür ki, komisiya hesab edir ki, sorğulama başa çatmamış, kimlərində həbs edilməsi ilə bağlı rekomendasiyanın verilməsi üçün yetərli qədər səbəb var.

Nazirliyin istintaqı intensiv şəkildə davam edir. İki nəfər artıq həbs edilib. Həbs olunacaq şəxslərin sayının artması istisna olunmur” – dedi Natia Mezvrişvili.