Natia Mezvrişvili - Gürcüstan iqtidarının və BMT-nin birgə fəaliyyətinin nəticəsidir ki, 46 ölkədən, ilk mərhələdə BMT-dən 1 milyon dollarlıq yardım alan ilk ölkə Gürcüstandır
Gürcüstan BMT-dən ilk mərhələdə, 46 ölkə arasında 1 milyon ABŞ dolları alan ilk ölkədir və bu da BMT ilə intensiv fəaliyyətimizn nəticəsidir, – bu barədə bəyanatı Gürcüstan İqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvili BMT tərəfindən covid-19 pandemiyasına yardım olaraq, 1 milyon ABŞ dollarının ayrılması ilə bağlı verdi.
İqtidar administrasiyasının rəhbərinin bəyanatına görə, yardım bütün ehtiyacı olan qruplara paylanacaq.
Qeyd edək ki, BMT-nin Covid-19-a reaksiya və virusdan sonra bərpa fondu Gürcüstan üçün 1 milyon ABŞ Dolları ayırdı, hansı ki, ölkəyə pandemiya nəticəsində yaranan krizis ilə mübarizə üçün yardım edəcək.