Natia Mezvrişvili - Bütün ölkə miqyasında fövqəladə vəziyyətin elan edilməsini və sərt məhdudiyyətlərin qoyulmasını planlaşdırmırıq
Gürcüstanın iqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvilinin bəyanatına görə, Gürcüstanda koronavirus hallarının artmasına baxmayaraq, epidemioloji vəziyyət tamamilə nəzarət altındadır.
Onun dediyinə görə, bütün ölkə miqyasında fövqəladə vəziyyətin elan edilməsi və sərt məhdudiyyətlərin qoyulması planlaşdırılmır.
“Regionun müəyyən yerlərində məhdudiyyətlər ola bilər, ancaq bu da regiondaki epid-vəziyyətdən asılı olacaq” – dedi Natia Mezvrişvili.