Natia Mezvirişvili - Yeni islahat mandaturlara məhdudiyyətsiz səlahiyyətin verilməsini nəzərdə tutmur, məktəbdə polis olmamalıdır
Daxili İşlər Nazirliyinin müavini, Natia Mezvirişvilinin bəyanatına görə, mandaturlar institutunun islahatı ilə bağlı hazırlanan qanunlayihə, mandaturların səlahiyyətlərinin artması fonunda, məktəbdə təhlükəsiz mühitin və şagirdlərin maraqlarının qorunmasının təmin edilməsi arasında balansı qoruyur.
Mezvirişvilinin jurnalistlərə bəyan etdiyinə görə, şagirdlərin təhlükəsizliyinin qorunması məqsədi ilə, məktəbdə, necə daxili parametrdə, eləcə də bayırda kameralar montaj ediləcək.
“Şagirdlərin hüquqları maksimal şəkildə qorunacaq. Qanunlayihə mandaturlara məhdudiyyətsiz səlahiyyətlərin verilməsini nəzərdə tutmur. Məktəbdə polisə yer olmamalıdır və qanunlayihənin məqsədi də bu deyil” – dedi Natia Mezvirişvili.
Mandaturların islahatları ilə bağlı qanunlayihə parlamentin insan hüquqlarının qorunması komitəsinin bugünki iclasında müzakirə ediləcək.