Narkosiyasət haqqında qanunlayihənin müzakirəsi parlamentin hüquqi məsələlər komitəsində gələn həftə müzakirə olunacaq
Narkosiyasət haqqında qanunlayihənin müzakirəsi parlamentin hüquqi məsələlər komitəsində gələn həftə müzakirə olunacaq

Narkosiyasət haqqında qanunlayihənin müzakirəsi parlamentin hüquqi məsələlər üzrə komitəsinin iclasında gələn həftə müzakirə olunacaq.

Parlamentin Səhiyyə Komitəsinin rəhbəri Akaki Zoidzenin dediyinə görə, məsələ ilə bağlı deputatlarla məsləhətləşmə davam edir, ancaq çox güman ki, tərəflər dəyişikliklərin mərhələ şəklində həyata keçirilməsi haqqında razılığa gələcəklər.

Akaki Zoidzenin dediyinə görə, ilk məqsəd komisiyanın yaradılmasıdır, hansı ki, narkotik istifadəsinin prevensiyası və reabilitasiyası üçün qayğı göstərəcək.

Akaki Zoidze bəyan etdi ki, komisiyanın tərkibində təcrübəli həkimlər, sabiq hüquqmühafizəçilər, sabiq hakimlər olacaq və həmçinin, patriarxlıqdan da narkotik bağımlısı üçün mənəvi yardım istəniləcək”.

Onun dediyinə görə, bu sadəcə narkotik bağımlısı olan insanlar üçün deyil, həmçinin, ictimaiyyət üçün həyata keçirilməlidir.