Müstəqil deputatlar yeni partiya - „Bizim Gürcüstan-Həmrəylik Alyansı “-nı qurdular
Müstəqil deputatlar yeni partiya – „Bizim Gürcüstan-Həmrəylik Alyansı “-nı qurdular. Partiyanın qurucuları parlament və sakrebulonun 6 deputatı- Mariam Jaşi, Beka Natsvlişvili, Levan Qogichaişvili, Zviad Kvachantiradze, Qedevan Popxadze və Jaba Jişkarianidir.
Partiyanın siyasi vəzifə tutan şəxsləri, Siyasi Şuranın və Təftiş Komissiyasının üzvləri bu gün təsdiq edilib. Partiya üzvlərinin sözlərinə görə, iyulun 10-dan sonra , partiyanın qeydiyyat prosedurları başa çatan kimi , ictimaiyyətə komandanın yeni üzvlərini təqdim edəcəklər.
Təqdimatdan sonra Mariam Jaşinin də qeyd etdiyi kimi, partiya avqustun 1-də seçki proqramını təqdim edəcək.
Onun sözlərinə görə, həm iqtidar partiyası, həm də vahid müxalifətlə əməkdaşlıq qəti şəkildə istisna olunur. Jaşi izah edib ki, onların məqsədi xalqın mənafeyinə və xalqın xidmətinə köklənmiş yeni bir alternativ yaratmaqdır.
Hazırladı-Sevinc Mustafayeva