Müxalifət partiyasının liderləri Amerika Birləşmiş Ştatlarının səfirinin rezidensiyasında individual görüşlər keçirməyə davam edirlər
Müxalifət partiyasının liderləri Amerika Birləşmiş Ştatlarının Gürcüstandaki səfirinin rezidensiyasında individual görüşlər keçirməyə davam edirlər.
Görüş başlamadan öncə, “Leyborist partiyasının” lideri Şalva Natelaşvili qeyd etdi ki, dost səfirlərin yardımı ilə, iqtidarın hakimiyyəti uzurpasiya edərək, yaratdığı siyasi krizisdən çıxış yolları axtarılır.
Müxalifətlə individual görüşlərin hansı məqsədlə keçirildiyi ilə bağlı suala isə, Şalva Natelaşvili cavab verdi ki, “lazım hesab etdikləri müxalifət liderləri ilə, individual görüşlər keçirilir. Fasilitator səfirlərin əsas məqsədi odur ki, yaranan vəziyyətdən tez zamanda çıxış yolu tapılsın və bunun üçün lazım hesab etdiklərini görüşləri keçirirlər”.
Onun dediyinə görə, individual görüşləri əvəz edə biləcək format bəşəriyyət tərəfindən hələ tapılmayıb.
“Tək-bə-tək görüş zamanı daha çox arqument göstərilə bilir və mövqeyini daha aydın şəkildə bildirmək olar. Ümumi görüşlərdə isə, reqlament var və vaxt məhduddur. Tək-tək öz mövqeyimizi bildirmək üçün imkan yaradaraq, səfirlər həqiqətəndə bizi düşünürər”, – dedi Şalva Natelaşvili.