Müxalifət partiyalarının nümayəndələri səfirlərlə növbəti görüş keçirirlər
Amerika Birləşmiş Ştatlarının səfirinin müavininin rezidensiyasında müxalifət partiyalarının nümayəndələri və səfirlər arasında görüş keçirilir.
Görüşdən öncə “Avropa Gürcüstanının” lideri Giqa Bokeria bəyan etdi ki, bu dəfə səfirlərə müxalifətin dünən “Lelo” partiyasının ofisindəki görüşdə razılaşdığı tələbləri təqdim edəcəklər.
Görüşdə “Avropa Gürcüstanının”, “Milli Hərəkatın”, “Lelonun” “Qirçinin”, “Ağmaşenebeli strategiyasının” və Aleko Elisaşvili – vətəndaşların” liderləri iştirak edirlər.
Görüşdə Avropa İttifaqının Gürcüstandaki səfiri də iştirak edir.
İlk öncə məlumat yayıldı ki, görüş ABŞ səfrinin rezidensiyasında keçiriləcək və Aleko Elisaşvili oraya getdi və medyaya qısa şərh verdi ki, müxalifətin razılaşdırılmış mövqeyi səfirlərə təqdim ediləcək.

