Müxalifət partiyalarının nümayəndələri Nika Melia ilə bağlı bəyanat yayırlar
Müxalifət partiyalarının nümayəndələri Nika Melia ilə bağlı bəyanat yayırlar

Müxalifət partiyalarının nümayəndələri Nika Melia ilə bağlı birgə bəyanat yayırlar.

“İvanişvilinin prokurorluğu, gürcü xalqı tərəfindən tanınmayan parlamentə müraciət etdi ki, “Milli Hərəkatın” sədri Nika Melianın həbs edilməsi ilə bağlı razılıq versin.

Biz, Gürcüstanın demokratik, müxalifət partiyaları olaraq, hesab edirik ki, Nika Melia ilə bağlı verilən qərarlar iqtidar tərəfindən siyasi opponentə qarşı qanunsuz mübarizədir və bunların hüquqla və ədalətlə heç bir əlaqəsi yoxdur.

Melia məsələsi, “Gürcü Arzusunun” hakimiyyət üçün mübarizəsinin və Gürcüstanın demokratik gələcəyi üçün nə qədər böük təhlükə olduğunun bariz nümunəsidir” – deyilir müxalifətin bəyanatında.

Qeyd edək ki, baş prokurorluq Nika Melia üçün həbs cəzasının verilməsi ilə bağlı parlamentə müraciət eydi.