Müxalifət partiyaları Mayk Pompeonun səfəri ilə bağlı bəyanat yayırlar
Müxalifət partiyaları Mayk Pompeonun səfəri ilə bağlı bəyanat yayırlar

Müxalifət partiyaları ABŞ-ın dövlət katibi Mayk Pompeonun səfəri ilə bağlı bəyanat yayırlar.

“ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstana tan da ölkəmiz və bütün region üçün və hətta, bütün avro-atlantik məkan üçün ciddi təhlükələrin və yeni imkanların yarandığı müddətdə gəldi.

Putinin Rusiyası və digər totalitar rejimlər regionda sülh və azad dünyanın təhlükəsizliyi üçün ciddi təhlükələr yaradırlar.

Dövlət katibinin səfəri bir mesajdır ki, ABŞ partnyor olaraq, regionda qalır və dost ölkələrinin suverenliyini və müstəqilliyini dəstəkləyir.

Putinin Rusiyası azad ölkələrin suverenliyi ilə, həmin ölkələrdə demokratik sistemin eroziyası yolu ilə mübarizə edir və Gürcüstanda bunu İvanişvilinin əli ilə edir.

Seçkilərin saxtalaşdırılması, məhkəmənin siyasiləşdirilməsi, siyasi opponentlərin həbs edilməsi, qərb investisiyalarına mane olmaq və Anaklia limanının inşaatından imtina etmək, – bunlar Gürcüstan demokratiyasının geriyə doğru getməsinin əlamətləridir.

Qeyd edilməlidir ki, regionun təhlükəsizliyi üçün Anaklia limanının inşaatının əhəmiyyəti haqqında, dövlət katibi Mayk Pompeo 2019-cu ilin iyun ayında bəhs etmişdi.

İvanişvilinin hərəkətləri bir zamanlr, Ukraynada Yanukoviçin etdiyi hərəkətlərin eynisidir.

Azad dünya Gürcüstanda demokratiyanın bu geri gedişini diqqətlə izləməlidir.

Gürcüstan demokratiyası yeni mərhələsinə çıxmalıdır, ancaq İvanişvili tərəfindən hakimiyyətin oğurlanması və demokratik instituların zəyiflədilməsi, bu prosesə təhlükə yaradır, – deyilir müxalifətin bəyanatında.

Bəyanatı bütün müxalifət partiyaları imzalayıblar.