Müxalifət nümayəndələri və "Gürcü Arzusu" partiyasının tərəfdarları arasında qarşıdurma baş verdi
Müxalifət nümayəndələri və “Gürcü Arzusu” partiysının tərəfdarları arasında qarşıdurma baş verdi.
Aksiya iştirakçıları bir-birlərinə fiziki təhqir etdilər.
“Əl-qol atmayın və əşyalar atmağı buraxın – bu kişi hərəkəti deyil. Cəsur olmaq – vətəni sevməkdir və etdiklərindən qorxmaqdır” – dedi “Yeni Gürcüstan” fraksiyasının lideri Giorgi Vaşadze.
“Avropa Gürcüstanı”-nın lideri Giqa Bokeria isə, “Gürcü Arzusunun” tərəfdarlarını qul adlandırdı və onların hamısını yadında saxlayacağını dedi. Elə bunu dedikdən sonra, etiraz edənlər Bokerianın başından ayağına qədər su tökdülər.
Mtsxeta rayonunda baş verən aksiya “Milli Hərəkat” və “Avropa Gürcüstanı” tərəfindən təşkil edilmişdi.
Onlar Svetitsxovelidən Mtsxeta meriyasına qədər yürüyüş etdilər.