Müxalifət nümayəndələri seçicilərini sabah Rustaveli prospektində yığılmağa çağırırlar
Müxalifət nümayəndələri seçicilərini sabah Rustaveli prospektində yığılmağa çağırırlar

Müxalifət nümayəndələri seçicilərini sabah saat 16:00-da, Rustaveli prospektində yığılmağa çağırırlar.

Müxalifətin adı ilə bu barədə bəyanatı “Milli Hərəkatın” majoritar namizədi Nika Melia verdi.

“Həmkarlarımızın hamısı toplanacağıq. Əksəriyyəti seçkilərə görə regionlardadır və sabah qayıdacaqlar. Bu təcili verdiyimiz qərardır. Sabah saat 16:00-da, gürcü xalqını Rustaveli prospektində gözləyirik” – dedi Nika Melia.

Onun dediyinə görə, bu seçkilər deyil, müharibədir və bu müharibədə məğlub olan müxalifət deyil.

“Nə ilə qarşılaşdığımızı hamımız gördük. Daha əsas şeyləri isə, sabah saat 16:00-da, Rustaveli prospektində deyəcəyik” – dedi Nika Melia.