Mtsxetada saat 22:00-dan restoranlar bağlanacaq

Mtsxeta munisipalitetində saat 22:00-dan restoranlar bağlanacaq, – bu barədə məlumatı koordinasiya şurasının iclası başa çatdıqdan sonra, iqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvili verdi.

“Mtsxeta ilə bağlı koordinasiya şurası konkret qərarı verdi. Dünən qeyd olundu ki, Tbilisidə restoranların saat 22:00-dan bağlanmasından sonra, vətəndaşlarımız restoranlar üçün Mtsxetaya keçdilər.

Təəssüf ki, elə faktlar qeydə alındı, hansılar ki, epidemioloji vəziyyətə mənfi təsir edə bilər. Biz saat 22:00-dan sonra, restoranların bağlanması haqqında qərarı konkret bir loqikaya əsasən, verdik, ona görə də, hərkəsdən xahiş edirik ki, hökümt tərəfindən verilən qərarlara və rekomendasiyalara tabe olaq” – dedi Natia Mezvrişvili.