Mtatsmindada "Gürcü Arzusu" partiyasının qurultayı keçirilir [Foto]
Mtatsmindada "Gürcü Arzusu" partiyasının qurultayı keçirilir [Foto]

Mtatsmindada “Andervil” klubunda “Gürcü Arzusu – Demokratk Gürcüstan” partiyasının beşinci qurultayı keçirilir.

Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, qurultayda baş nazir Giorgi Kvirikaşvili, Parlamentin sədri İrakli Kobaxidze, paytaxtın meri Kaxa Kaladze, paramentin üzvləri və diplomatik korpusunun nümayəndələri iştirak edirlər.

Bidzina İvanişvili qurultaya sonradan qatılacaq.

Quruıtay qapalı formatda keçirilir.

Saat 17:00-dan isə, qurultayın rəsmi hissəsinin translyasiyası başlayacaq.

Qurultayda partiyanın sədri olaraq, Bidzina İvanişviliyi seçəcəklər.

Həmçinin, partiyanın yeni siyasi şurası seçiləcək.

Qurultay deleqatlarına və dəvət olunan qonaqlara baş nazir Giorgi Kvirikaşvili və partiyanın baş katibi Kaxa Kaladze nitqlə müraciət edəcəklər.

Qurultayın sonunda isə, qurultay iştirakçılarına nitqlə Bidzina İvanişvili müraciət edəcək.