Kaxa Kuçava - yaxın günlərdə məlumat alacaqsınız ki, partiyanın yeni sədri kim olacaq və ya partiya daxilində hansı dəyişikliklər ediləcək
Kaxa Kuçava - yaxın günlərdə məlumat alacaqsınız ki, partiyanın yeni sədri kim olacaq və ya partiya daxilində hansı dəyişikliklər ediləcək

Bu gün Bidzina İvanişvili qələbə qazanmış, güclənmiş partiyanı tərk etdi. Məhz elə qələbə qazanmış partiyanın sədri vəzifəsini tərk edir, hansı da ki, yalnız partiya deyil, halbuki ölkədə demokratik proseslərin inkişafı baxımından daha yüksək standartdır, – bu barədə Parlamentin vitse-spikeri, Kaxa Kuçava bəyan etdi.

Elə onun dediyinə görə, yaxın günlərdə ictimaiyyət məlumat alacaq ki, partiyanın yeni sədri kim olacaq və ya partiya daxilində hansı dəyişikliklər ediləcək.

“Demokratik Gürcüstanın tarixində ilk hadisədir ki, qələbə qazanmış partiyanın sədri siyasəti başı uca tərk edir. Siyasi böhran yalnız ölkəmizdə deyil, bütün dünyada mövcuddur. Müəyyən proseslər var ki, heç bir zaman başa çatmayacaq. Çünki necə iqtidar, eləcə də müxalifət mövcuddur və həmişə rəqabət məsələsi var və belə də olmalıdır, əgər istəyiriksə ölkə inkişaf etsin.

Sonrakı addımlara gəldikdə, partiya tərəfindən bu barədə məlumatın yayılması planlaşdırılıb və yaxın günlərdə məlumat alacaqsınız ki, partiyanın yeni sədri kim olacaq və ya partiya daxilində hansı dəyişikliklər ediləcək”, – Kaxa Kuçava bəyan etdi.

Bidzina İvanişvili bu gün siyasətdən getməsi barəsində bu gün açıq məktub yaydı.