MSK- Seçicilərin fəallığı saat 17:00 üçün 20.74% təşkil etdi
MSK- Seçicilərin fəallığı saat 17:00 üçün 20.74% təşkil etdi

Mərkəzi Seçki Komisiyasında seçkilərin ikinci turu ilə bağlı növbət brifinq keçirildi.

MSK-nın mətbuat katibi Natia İoseliani medyaya seçicilərin fəallığı və bu vaxt üçün mövcud olan şikayətlərlə bağlı məlumat verdi.

Natia İoselianinin dediyinə görə, saat 17:00-üçün seçicilərin fəallığı saat 17:00 üçün 20.74% təşkil etdi, bu da 443 963 seçicinin səs verməsi deməkdir.

Ən yüksək fəallıq Acarıstan regionunda müşahidə olunur. Orada seçkiyə gedən vətəndaşların sayı 30 162-dir.

Ən az fəallıq isə, Nadzaladevini №7 majoritar məntəqəsində qeydə alındı – 16% (21. 641 seçici), – deyib mətbuat spikeri.

Şikayətlərə gəlincə isə, MSK-nın məlumatına görə, seçki məntəqələrinə beş şikayət daxil olub.

Onlardan üç şikayət Zuqdididədir və prosedur yolsuzluqlarına aiddir.

Bir şikayət Batumidədir və səs vermə prosedurundaki pozuntu ilə bağlıdır.

Yenə bir şikayət isə, İsanidə, müşahidəçilərin hüquqlarının pozulması ilə bağlıdır.

Seçki məntəqələrinin yekun aktları  xüsusi veb-səhifə – results.cec.gov.ge-də yerləşdiriləcək.