MSK - Saat 15:00 göstəriciləri ilə, seçicilərin fəallığı 36.45 faizdir
MSK - Saat 15:00 göstəriciləri ilə, seçicilərin fəallığı 36.45 faizdir

Mərkəzi Seçki Komisiyasının mətbuat katibi Anna Mikeladze saat 15:00 üçün seçicilərin fəallığı haqqında məlumat verdi.

Anna Mikeladzenin dediyinə görə, bu vaxt üçün seçicilərin aktivliyi 36.45 faizdir, yəni seçkilərdə 1 279 947 nəfər iştirak edib.

MSK-nın məlumatına görə, ən yüksək fəallıq yenə 19-cu seçki bölqəsində, Raça-Leçxumi və Svanetidə qeydə alınıb – 49.5 faiz. Ən az fəllıq isə, Kvemo-Kartli regionundadır – 33.9 faiz.

“Səs vermə davam edir. Seçiciləri daha fəal olmağa çağırırıq, çünki səs vermə prosesinin başa çatmasına 3-4 saat qaldı” – dedi Anna Mikeladze.

Onun dediyinə görə, Gürcüstanın parlament seçkiləri xaricdə 38 ölkədə keçirilir, onların arasında Əfqanistanın iki seçki məntəqəsi var.

“Şikayətlərə gəlincə isə, seçki komisiyalarına 90 şikayət daxil olub və onların əksəriyyəti prosedur nasazlıqları ilə bağlıdır.

Hər bir şikayəti seçki komisiyaları müzakirə edəcəklər və müvafiq reaksiya göstərəcəklər” – dedi mətbuat katibi.