MSK-nın yanında "Leyborist partiyasının" gənclər təşkilatının nümayəndələri və hüquqmühafizəçilər arasında qarşıdurma baş verdi

Mərkəzi Seçki Komisiyasının yanında “Leyborist partiyasının” gənclər təşkilatının nümayəndələri və hüquqmühafizəçilər arasında qarşıdurma baş verdi.

Qarşıdurma, gənclər tərəfindən binaya çadırlar daxil edilən zaman baş verdi.

Hüquqmühafizəçilər onlara MSK binasında çadır qurmağa icazə vermədilər.

Polis bir neçə nəfəri inzibati qayda ilə, 166-cı, 173-cü maddələrə əsasən, hüquq pozuntularına görə həbs etdi.

Qeyd olunan maddələr kiçik xuliqanlığı və polisə müqavimət göstərməyi nəzərdə tutur.

“Leyborist partiyasının” gənclər təşkilatının nümayəndələri MSK-nın sədri Tamar Jvania ilə görüş tələb edirlər.

Aksiya iştirakçıları bəyan edirlər ki, Mərkəzi Seçki Komisiyası bugün 18:00-dan infeksiyaya yoluxan və öz təcriddə olan vətəndaşların seçkilərdə iştirak etmək haqqını əlindən alır.

“Biz imkan verməyəcəyik ki, bu insanlar səs verə bilməsinlər. Gənclər olaraq, bunu qəbul etməyəcəyik. Real olaraq, bugün saat altıdan sonra koronavirusu təsdiqlənənlərin səs vermək haqqları əllərindən alınır.

Biz burada Tamar Jvania gəlib bizimlə görüşənə qədər oturacağıq” – dedi aksiya iştirakçılarından biri.

Bununla yanaşı, qarşıdurmaya qədər MSK nümayəndələri aksiya iştirakçılarına Mərkəzi Seçki Komisiyasının hüquqşünasları ilə görüş təklif etdi, ancaq onlar bəyan etdilər ki, görüşə sadəcə medya nümayəndələrinin iştirakı olduğu halda razıdırlar.