MSK-nın qərarı ilə, seçkilərin ikinci turu noyabrın 21-də keçiriləcək
Mərkəzi Seçki Komisiyasının qərarı ilə, majoritar seçki sistemi ilə, seçkilərin ikinci turu noyabrın 21-də keçiriləcək.
Bu barədə məlumatı MSK bugünki iclasdan sonra keçirilən brifinqdə MSK-nın sədr müavini Giorgi Şarabidze verdi.
MSK sədrinin müavini bugünki iclas və MSK binasının yanında keçirilən etiraz aksiyası ilə bağlı şərh verdi.
“Düşünürəm ki, bügün çox önəmli və maraqlı iclas keçirildi. MSK bütün siyasi subyektləri dinlədi və hər bir şikayətlə bağlı müvafiq qərar verildi.
İclas zamanı seçki administrasiyasına qarşı təzyiq faktları və təhdidlər yer aldı. Bu qeyriməqbuldur, çünki seçki komisiyası öz qanuni vəzifəsini yerinə yetirir.
Qanuna müvafiq olaraq, seçkilərin ikinci turu noyabrın 21-də keçiirləcək” – dedi Giorgi Şarabidze.
Bu vaxt üçün mövcud olan göstəricilərə əsasən, seçkilərin ikinci turu 17 məntəqədə keçiriləcək.
Mərkəzi Seçki Komisiyası bugünki iclasda rayon məntəqələri komisiyalarının yekunkaşdırıcı aktları ilə bağlı müxalifətin və GYLA-nın şikayətlərini qəbul etmədi.
İclasda qeyd olundu ki, müxalifət partiyaları və GYLA-Gənc Hüquqşunaslar Assosiyasiyasının qeyd olunan qərarı şikayət etmək üçün bir günü var.
Müxalifət partiyalarının nümayəndələrinin şikayətləri əsasən, rayon seçki məntəqələrinin yekun aktlarının ləğv edilməsi tələbindən ibarət idi.