Miroslav Layçak Gürcüstanda cari islahatlara yüksək dəyərləndirmə verir
Miroslav Layçak Gürcüstanda cari islahatlara yüksək dəyərləndirmə verir

ATƏT-in hazırkı sədri, Slovakiya Respublikasının Xarici İşlər naziri, Gürcüstanda cari islahatlara yüksək dəyərləndirmə verir, – bu barədə Miroslav Layçak Gürcüstanın baş naziri, Mamuka Baxtadze ilə görüşündə bəyan etdi.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, söhbət Slovakiyanın sədrliyi dövründə ATƏT-in gündəmi ilə nəzərdə tutulmuş piroritetlərə aid oldu.

Gürcüstanın baş naziri, Mamuka Baxtadze ATƏT-in hazırkı sədrinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinə görə, minnətdarlığını bildirdi.