Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili CNN-lə pandemiya haqqında söhbət etdi [Video]

“Gürcüstan hərkəsə pandemiya ilə mübarizənin müvəffəqiyyətli nümunəsini göstərdi. Bu hərkəs üçün zəmanət olacaq ki, biz Gürcüstana səyahət edənləri və öz vətəndaşlarımızı eyni şəkildə qoruya biləcəyik” – bu bəyanatı Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili CNN-in efirində verdi.

Kvrivişvili qeyd etdi ki, turizm Gürcüstan iqtisadiyyatının əhəmiyyətli hissəsidir.

“2019-cu ildə, nüfuzu 3,7 milyon olan Gürcüstan doqquz milyondan artıq turistə ev sahibliyi etdi. Gürcüstanın məqsədi odur ki, təhlükəsiz bir ölkə olaraq qalsın və biz bunun üçün əlimizdən gələni edirik” – dedi Kvrivişvili.