Gürcüstanın Milli Təhlükəsizlik Şurasının təhlükəsizlik katibi vəzifəsinə, Daxili İşlər Naziri Vaxtanq Qomelauri təyin edildi.
Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria, bu günki hökümət iclasında verdi.
“Əlbəttə ki, Daxili İşlər Naziri bu vəzifədə paralel olaraq, işləyəcək. Bu da deməkdir ki, onun məsuliyyəti daha böyük olacaq, fəaliyyəti isə, daha effektiv” – dedi baş nazir.
Milli Təhlükəsizlik Şurasının sabiq rəhbəri Levan İzoria vəzifəsini yanvar ayında tərk etmişdi.