Milli İmtahanlarda tibbi maska və kondisiyoner sisteminin istifadəsi ilə bağlı rekomendasiyalar yaxın günlərdə məlum olacaq

Milli İmtahanlarda tibbi maska və kondisiyoner sisteminin istifadəsi ilə bağlı rekomendasiyalar yaxın günlərdə məlum olacaq.

Gürcüstanın Təhsil Nazirinin müavini Nunu Mitskeviçin bəyanatına görə, məsələ ilə bağlı işgüzar görüşlər davam edir və imtahan zallarına kondisiyoner sisteminin qoşulması və tibbi maskaların taxılması ilə bağlı məsələlər haqqında dəqiq məlumat olacaq.

“Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə fəal şəkildə işləyirik. Koronavirusun prevensiyası məqsədi ilə imtahanlarda təhlükəsizlik üçün gərəkən distansiya qorunacaq” – dedi Nunu Mitskeviç.

Onun dediyinə görə, bugünki görüşdə abiturientin dərs masasının yerləşdirilməsi məsələsi müzakirə olunurdu.

Hər bir masanın qabağında şəffaf baryer olacaq.