Milli İmtahanlarda iştirak edən abiturientin koronavirusu təsdiqləndi
Milli İmtahanlarda iştirak edən abiturientin koronavirusu təsdiqləndi

Milli İmtahanlarda iştirak edən abiturientin koronavirusu təsdiqləndi, – bu barədə məlumat Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze və Milli İmtahanlar Mərkəzinin rəhbəri Sofo Qorqodzenin brifinqində verildi.

Amiran Qamkrelidze bəyan etdi ki, məlumatı verən abiturientin ailəsidir.

Onun dediyinə görə, infeksiyaya yoluxan abiturientin 27 kontaktı yoxlanıldı və hamısının cavabı mənfi, yəni təmiz çıxdı.

Həmçinin xəstələnən abiturientlə yaxın kontaktı olan doqquz abiturient hazırda karantin zonasındadır və PCR testlərinin keçirilməsini gözləyir.