Milli gürcü raqbi komandası Florensiyada İtaliya komandası ilə qarşılaşacaq
Milli gürcü raqbi komandası Florensiyada İtaliya komandası ilə qarşılaşacaq

Gürcüstanın milli raqbi komandası Florensiyada “Artemio Frank” stadionunda, bugün Tbilisi vaxtı ilə saat 18:00-da İtaliyanın Milli Komandası ilə qarşılaşacaq.

“Artemio Frank” stadionunda 43 147 tamaşaçı yeri var. “Borcğalosani”-ləri dəstəkləmək üçün stadiona minlərlə gürcü tamaşaçı yığılıb. Onların bir hissəsi Gürcüstandan, digər hissəsi isə, Avropanın müxtəlif ölkələrindən gedib.