Gürcüstanın 18 yaşınadək raqbiçilər yığması Avropa çempionatının finalına çıxdı
Gürcüstanın 18 yaşınadək raqbiçilər yığması Avropa çempionatının finalına çıxdı

Gürcüstanın 18 yaşınadək raqbiçilər yığması Avropa çempionatının finalına çıxdı.

Gənclər, turnirin yarımfinalında Portuqaliya ilə qarşılaşdılar və 25:0 (10: 0 – birinci yarı) hesabı ilə məğlubiyyətə uğratdı. Avropa çempionatının birinci görüşündə isə Gürcüstan Hollandiya ilə görüşdü və 69:12 hesabı ilə məğlubiyyətə uğratdı.

Finalda Gürcüstanı artıq ardıcıl olaraq dördü ildir ki, ənənəvi rəqibi – Fransa gözləyir. Bunda əvvəlki hər üç görüş Fransanın qələbəsi ilə başa çatdı.

Fransa yığması turnirin yarımfinalında İspaniyanı böyük hesabla – 38:7 ilə məğlubiyyətə uğratdı.

Avropa çempionatının final görüşü, martın 31-də keçiriləcək.