Milli Qida Agentliyi - Gürcüstana idxal edilən müxtəlif markalı şokoladlarda şübhəli partiyalar aşkar edilməyib

 

Milli Qida Agentliyinin məlumatına əsasən, Gürcüstana idxal edilən müxtəlif markalı şokoladlarda şübhəli partiyalar aşkar edilməyib.

” Cari ilin aprelin 7-də Milli Qida Agentliyi Sağlamlıq və Qida Təhlükəsizliyi Ümumi Müdirliyinin (DG SANTE) Avropa Komissiyasının RASFF-in sürətli həyəcan sistemi vasitəsilə müxtəlif markalı şokolad məhsullarında (Brend: Uovo Maxi, təsvir: KSOR MAXI; K2,5US12 PC CH 2 , hazırlanma tarixi 15.10.2021, etibarlılıq müddəti 12.07.2022, partiya № L288R03) salmonellanın mümkün mövcudluğu barədə bildiriş qəbul edib.

Milli Qida Agentliyi xüsusi partiyaların müəyyən edilməsi üçün dərhal prosedurları başladıb. Bu günə olan vəziyyətə əsasən, biznes operatorların yoxlanılması prosesi başa çatıb. Gürcüstanın istehlak bazarında heç bir şübhəli partiya aşkarlanmayıb.

Avropada – Böyük Britaniya, Fransa, Almaniya, Belçika və digər ölkələrdə, əsasən də 10 yaşa qədər uşaqlarda salmonellanın yüzlərcə halı qeydə alınıb, bu da çox güman ki, Ferrero tərəfindən istehsal olunmuş müxtəlif adlı Kinder şokolad məhsulunun Salmonella Typhimurium ilə çirklənməsi ilə əlaqədardır. Bununla əlaqədar olaraq müxtəlif ölkələrin bazarlarından məhsulun çıxarılmasına başlanıldı, satışı qadağan edildi və istifadəçilər məlumatlandırıldı”- deyə agentliyin məlumatında qeyd olunur.