Milli Ətraf Mühit Agentliyi hava şəraitinin pisləşməsi ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi hava şəraitinin pisləşməsi ilə bağlı əhaliyə xəbərdarlıq edir.
“İyunun 6-da günün sonundan iyunun 11-dək Gürcüstanda arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə güclü olacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir.
Gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə isə sürüşmə proseslərinin yaranmasına-aktivləşməsinə səbəb ola bilər” -deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.