Mixel Saakaşvili - Davit Ağmaşenebeliyi beş əsr kimsə yada salmırdı, onunla müqayisədə mən heçkiməm, ancaq düşünürəm ki, məni daha tez yada salacaqlar
Gürcüstanın sabiq prezidenti və Ukrayna İslahatlarının İcraçı Komitəsinin sədri Mixeil Saakaşvili Dmitri Qordonla müsahibə zamanı bəyan etdi ki, gürcü xalqı onu əsrlər sonra da yada salacaq.
“Gürcülər bir müddət məndən yoruldular, ancaq indi dəyərimi bilirlər və onlardan daha böyük sevgi hiss edirəm.
Düşünürəm ki, 3-5 əsr sonra da mənim dəyərimi biləcəklər, ancaq əminəm ki, indi də mənə böyük dəyər verirlər. Davit Ağmaşenebeli ən böyük gürcü kralı idi, özümü onunla müqayisə etmirəm, aancaq onu belə beş əsr ərzində kimsə yada salmırdı. Baxmyaraq ki, o gürcü dövlətçiliyini yaratdı. Onu pis xatırlayanlar var idi, çünki bəzən qəddar və sərt ola bilirdi. Stalin və Kaliqula deyildi, ancaq o da çox sərt idi. Onunla müqayisədə heçkiməm, ancaq, əminəm ki, məni ondan daha tez yada salacaqlar. Köhnəlmiş doqmalara qarşı çıxırsansa, buna hazır olmalısan. Bu mədəniyyət inqlilabıdır. Səni ölkəyi tərəqqiyə doğru aparırsan, ancaq, bu prosesin sancıları da olur axı. Ona görə də, insanlarda elə fikir yaranır ki, güya onlara zorakılıq ediblər. Onların bu sərt tərəf xoşlarına gəlmir və o zamanlara geri qayıtmaq istəmirlər. Ancaq təbii ki, suyun digər üzünə keçən insanlarda qarışıq hisslər yaranır. Buna Rusiya propaqandası da əlavə olundu və bir çox insan mənə qarşı oldu” – dedi Mixeil Saakaşvili.
Bir daha Gürcüstanın prezidenti olub-olmayacağı barədə suala Mixeil Saakaşvili konkret cavab vermədi və qeyd etdi: “Mən arxa planda olmağı düşünmürəm, mən ancaq sükan arxasında olmağı sevirəm. Görək nələr olacaq” – dedi Mixeil Saakaşvili.