Mixeil Saakaşvili - Siz bilirsiniz ki, mən boşuna heçnəyi danışmıram, indi biz başladığımız işi sonuna qədər aparmalıyıq
“Danışıqlar prosesini müsbət dəyərləndirirəm, çünki “Güllər İnqilabı” zamanında biz də tez-tez Amerika səfirinin rezidensiyasında o zamanki iqtidar nümayəndələri ilə görüşüb, danışıqlar aparırdıq. Sonra gördük ki, o zamanki baş nazir Avto Corbenadze heç bir tələbimizi yerinə yetirmək istəmirdi və o görüşlərə paralel olaraq, küçə aksiyaları ilə təztiqlərə davam edirdik. Sonunda o küçə aksiyalarının qərar verici rolu oldu”, – bu bəyanatı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili verdi.
“İndi iqtidar imitasiya edir ki, güya nələrdəsə güzəştə getmməyə hazırdır, halbuki, bu da onu göstərir ki, qorxu içindədirlər. Artıq xaricilər də başqa tonla danışmağa başladılar, çünki istifadə etdiyimiz hüquqi mexanizmlərin heç bir nəticəsi olmadı. Güllər inqilabından öncə buraya Beyker gəlmişdi, indi də Mayk Pompeo gəlir və onunla bərabər çox sayda jurnalist gələcək. Mənə gündə bir neçə xarici jurnalist zəng edir və tək-tək hamısına müsahibə verirəm.
Əgər hazırlıqlı olsaq, ABŞ Dövlət Katibinin buraya gəldiyi gün, bu mövzunun medyada həqiqi partlayışı ola bilər və bu da qələbəmizin effektini daha da artıra bilər” – dedi Mixeil Saakaşvili.
Mixeil Saakaşvili şənbə günü planlaşdırılan aksiya haqında danışdı və qeyd etdi ki, xalqın bu aksiyaya gəlməsi çox vacibdir.
“Dostlar başa düşürəm ki, soyuqdur, bir çox problemləriniz var, koronavirus var, ancaq əgər bu iqtidar getməsə koronaya qarşı vaksinanın Gürcüstana gələmsi illər sürəcək. Əgər yaxşı iqtidar olsa, vaksina buraya bir neçə günə gələcək. Siz bilirsiniz ki, yalandan heçnə danışmıram. İndi işimizi sonuna qədər aparmalıyıq. Müxalifət indi hər zamankidən daha çox birləşib və gürcü xalqının qələbəsinə qədər, sonuna qədər mücadələ etməliyik. Çünki biz gələcəyimizi, gənclərimizi itiririk. Halbuki itiriləcək heçnəyimiz yoxdur” – dedi Mixeil Saakaşvili.