Mixeil Saakaşvili - Batumidə Donald Trampı öz elektromobilimlə gəzdirirdim, iki gecə klubuna getdik, fontanlarda hoppanırdıq

Gürcüstanın sabiq prezidenti və Ukrayna İslahatlarının İcraçı Komitəsinin sədri Mixeil Saakaşvili Dmitri Qordonla müsahibə zamanı Donald Trampın Batumiyə səfərini yada saldı.

Saakaşvili qeyd etdi ki, Batumidə tez-tez müxtəlif qonaqları qəbul edirdi. Onların arasında Hilari Klinton, Con Makkeyin və Donald Tramp olub.

“Qonaqlarımın əksəriyyəri parka getməyi sevirdi. Hilari, Tramp və Makkeyin Batumidə ən az on dəfə olublar. Tramp gəldiyi zaman Batumidə piyada gəzirdik. Onu elektromobilimlə gəzdirdim. İki gecə klubuna getdik, sonra fontanlarda hoppandıq. Ali və Nino heykəlinə hər tərəfdən baxırdıq” – dedi Mixeil Saakaşvili.