Mixeil Çxenkeli - İctimaiyyətdən xahiş edirik, hərkəs rekomendasiyaları qorusun ki, şagirdlərin məktəbdə dərsə davam etmək imkanları olsun

Gürcüsatnın Təhsil, Elm və Mədəniyyət Naziri Mixeil Çxenkeli Tbilisinin bir saylı gimnaziyasını və yeni inşaat edilən 220-ci məktəbi ziyarət etdi və şagirdləri təhsil prosesinin başlaması ilə təbrik etdi.

“Bugün sinif otaqlarına qayıdan ibtidai sinif şagirdlərini ürəkdən təbrik edirəm. Təhsil prosesi üçün məktəb mühiti ən təbiidir. Mənim məqsədim odur ki, bütün şagirdlər məktəbə qayıtsınlar. Bu semestrdə bütün şagirdlər məktəbə qayıdacaqlar. Ona görə də, yenə bir daha ictimaiyyətə müraciət edirəm, bütün rekomendasiyaları maksimal şəkildə qoruyun ki, şagirdlərimizin məktəbdə dərs keçmək imkanları olsun” – dedi Mixeil Çxenkeli.

Təhsil Nazirliyinin məlumatına görə, nazirliyinin dəstəyi ilə, Tbilisidə Txra Dzma küçəsi№58-də, Kukiya qəsəbəsində, müasir standartlı, böyük kitabxanası olan yeni məktəb açıldı.

Koronavirusun prevensiyası məqsədi ilə, idarələrarası şuranın qərarı ilə, bugündən etibarən, Tbilisi, Rustavi, Kutaisi və Zuqdidi məktəblərinin birinci və altıncı sinif şagirdləri təhsillərinə sinif otaqlarında davam edəcəklər.

7-ci dən 12-ci sinifə qədər şagirdlərin təhsil prosesi isə, onlayn rejimdə davam edəcək.