Meydandaki "Maçaxela" restoranında baş verən yanğın lokalizasiya edildi (Foto-video)

Meydandaki “Maçaxela” restoranında baş verən yanğın lokalizasiya edildi.

Tbilisinin yanğın-xilasetmə xidmətinin rəhbəri Andre Kucaidzenin məlumatına görə, hadisə yerində 60-a qədər yanğın-xilasedən işləyirdi. Hazırda yanğının likvidasiya işləri həyata keçirilir.

Kucaidzenin məlumatına görə, vətəndaşların evakuasiyası restorandan tez vaxtda edildi və zərər görən olmayıb.

Yanğın nəticəsində 170kv.metr yer yanıb.

Yanğının çıxma səbəbi hələ məlum deyil.