Mestiya istiqamətinə doğru uçuşlar bügündən bərpa olunacaq
Mestiya istiqamətinə doğru uçuşlar bügündən bərpa olunacaq

Mestiya munisipalitetinin karantin rejimi qaldırıldı və bir neçə həftəlik məcburi pauzadan sonra, sentyabrın 3-dən, Nataxtari-Mestiya istiqamətinə doğru reyslər yenilənəcək.

Gürcüstanın hava limanları birliyinin məlumatına görə, Mestiya istiqamətinə uçuşlar (çərşənbə axşamı və şərşənbədən başqa) həftədə beş dəfə həyata keçiriləcək.

Aviabiletlərin qiyməti böyüklər üçün 90 laridir.

3-dən 12 yaşına qədər uşaqlar üçün 30 faizlik güzəşt olcaq.

3 yaşına qədər uşaqlar üşün isə, pulsuzdur.