Məhkəmə Xorava küçəsindəki qətl cinayəti ilə bağlı yalan ifadə verən yeniyetməyə veriləcək cəza tədbiri haqqında müzakirə aparır
Tbilisi Şəhər Məhkəməsi Xorava küçəsindəki qətl cinayəti ilə bağlı yalan ifadə verən yeniyetmə D.Ğ.-ya veriləcək cəza tədbiri haqqında müzakirə aparır. İclas bir saat bundan öncə başladı.
Yeniyetməyi müdafiyə edən tərəf onun girovla sərbəst buraxılmasını tələb edir.
D.Ğ-ya qarşı rəsmi ittiham artıq irəli sürülüb. Prokurorluq onun həbs edilməsini tələb edir.
İstintaqın məlumatına görə, həbs edilən yeniyetmə, öldürülən yeniyetmənin atası Zaza Saralidze ilə danışarkən söylədiyi hadisəyi və faktları məhkəmədə və istintaq zamanı başqa cür danışırdı, sonra isə, dediklərini danıb.
Vəkilin məlumatına görə, ittiham edilən yeniyetmə özünü qismən suçlu hesab edir.
Onun dediyinə görə, Zaza Saralidzeyə söylədiklərini onun xahişi ilə istintaqa bildirmədi.