Meqlena Kuneva- Gürcüstan bütün hallarda insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə hörmət etməyin nə qədər vacib olduğunu göstərdi və bu Avropa Birliyinin mövqeyinə uyğundur
Əziz Gürcüstanlı həmkarlarım, sədrliyinizin müddəti sona yaxınlaşır. Avropa Birliyi adından sizi səyləriniz və uğurlarınız münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim – AB-nin Avropa Şurasındakı nümayəndəliyinin rəhbəri Meqlena Kuneva gürcü nümayəndə heyyətinə belə müraciət edib .
Onun sözlərinə görə, Gürcüstanın Avropa Şurasına sədrliyinin böyük bir hissəsi “Covid 19” pandemiyası nəticəsində yaranmış misli görünməmiş vəziyyətdə keçib.
Kunevanın qeyd etdiyi kimi, buna baxmayaraq, Gürcüstan effektiv rəhbərliyi bacarıb və bütün hallarda insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə hörmət etməyin vacibliyini nümayiş etdirə bilib.
Hazırladı-Sevinc Mustafayeva