Medianın məlumatına əsasən, Londonda Fələstinə dəstək aksiyasına minlərlə insan toplaşıb
Medianın məlumatına əsasən, Londonda Fələstinə dəstək aksiyasına minlərlə insan toplaşıb

Londonda minlərlə insan Fələstinə dəstək aksiyasına toplaşıb.

Nümayişçilər Britaniya hökumətindən tərəfləri atəşkəsə çağırmağı xahiş edirlər.

Nümayiş yürüş şəklini alıb və son olaraq parlament binası qarşısında başa çatıb.

Mitinqdən əvvəl London polisi ölkə üzrə 2000 zabitin səfərbər ediləcəyini açıqlamışdı. İsrail səfirliyi ətrafında da xüsusi məhdudiyyətlər tətbiq edilib. Bundan əvvəl xarici işlər naziri Ceyms Klirli mitinq iştirakçılarını dezinformasiya və manipulyasiyadan ehtiyatlı olmağa çağırıb.

Medianın məlumatına görə, aksiya dinc xarakter daşıyırdı.