Media tərəfindən yayılmış məlumatda, Ukrayna buğdası ilə yüklənmiş ilk gəminin Odessanı tərk etdiyi deyilir
Media tərəfindən yayılmış məlumatda, Ukrayna buğdası ilə yüklənmiş ilk gəminin Odessanı tərk etdiyi deyilir

 

Ukrayna buğdası ilə yüklənmiş ilk gəmi Odessanı tərk edib. Bu barədə türk agentlikləri məlumat yayır.

Bundan əvvəl, Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akarın Rusiya, Ukrayna və BMT nümayəndələri ilə koordinasiya qərargahı çərçivəsində danışıqlar apardığı və bu danışıqlarda ilk gəminin limandan çıxış vaxtının razılaşdırıldığı məlum olub.

Məlum olduğu üzrə, BMT və Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə Rusiya arasında Ukrayna buğdasının ixracının bərpasına dair saziş iyulun 22-də imzalanıb.

Türkiyədə Ukrayna buğdası ilə yüklənmiş ilk gəminin avqustun 2-də Türkiyəyə çatacağı, oradan da Livana yola düşəcəyi ehtimal edilir.