Media tərəfindən yayılmış məlumatda, ötən sutka ərzində rus hərbçilərin Xarkov, Donetsk vilayəti, Nikolayev və Xersona raket zərbələri endirdiyi deyilir
Media tərəfindən yayılmış məlumatda, ötən sutka ərzində rus hərbçilərin Xarkov, Donetsk vilayəti, Nikolayev və Xersona raket zərbələri endirdiyi deyilir

 

Rus hərbçilər yenidən Xarkov şəhərinə raket zərbələri endiriblər. Bu barədə Xarkovun Hərbi Vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayır.

Bununla yanaşı, Xarkov meri İqor Terexov səhər saatlarında avtobus dayanacağının və çoxmərtəbəli binanın həyətinin bombalandığını bildirir. Raket hücumları nəticəsində iki nəfər yaralanıb.

“İctimai nəqliyyat dayanacaqları istiqamətində atəş açılması rus təcavüzkarı tərəfindən sistematik xarakter alıb. Bu gün saat 07:10-da yenidən avtobus gözləyən şəxs xəsarət alıb. O, təcili yardım maşını ilə aparılıb. Ümumilikdə Saltovsk rayonuna bir neçə raket düşüb. Çoxmərtəbəli yaşayış binasının həyətində həmçinin bir nəfər yaralanıb, avtomobillərə ziyan dəyib” – deyə Tixonov bildirib.

Bununla yanaşı, Donetsk Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko, işğalçılar tərəfindən ötən sutka ərzində açılmış atəş nəticəsində Donetsk vilayətində 3 nəfərin həlak olması, 16 nəfərin isə xəsarət alması barədə məlumat yayır. Onlardan ikisi Rusiya qüvvələrinin bir neçə həftədir ki, ələ keçirilməsi üçün aktiv əməliyyatlar apardığı Baxmutda həlak olub.

Gecə ərzində Nikolayevə üç raket hücumu həyata keçirilib. Şəhər merinin sözlərinə görə, 3 nəfər xəsarət alıb. Raket zərbələrindən biri tibb müəssisəsinə endirilib.

Paralel olaraq, “Cənub” operativ komandanlığı, Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində rus hərbi texnikasını , sursat və canlı qüvvə eşalonunu  məhv etməsinə dair məlumat yayır.