Mayk Pompeonun səfəri ilə bağlı müxalifət partiyaların yaydığı bəyanatı imzalayanlar arasında Nino Burcanadzenin "Vahid Gürcüstan" partiyası yoxdur
Mayk Pompeonun səfəri ilə bağlı müxalifət partiyaların yaydığı bəyanatı imzalayanlar arasında Nino Burcanadzenin "Vahid Gürcüstan" partiyası yoxdur

ABŞ-ın dövlət katibi Mayk Pompeonun səfəri ilə bağlı müxalifət partiyaların yaydığı bəyanatı imzalayanlar arasında Nino Burcanadzenin “Vahid Gürcüstan” partiyası yoxdur.

Gürcüstanın Birinci Kanalı “Vahid Gürcüstan” partiyasının mətbuat xidməti ilə əlaqə saxladı və oradan bəyan etdilər ki, qeyd olunan məsələ ilə bağlı Nino Burcanadzenin bəyanat verib-verməyəcəyini hələ bilmirlər.

Xatırladaq ki, müxalifət partiyaları ABŞ-ın dövlət katibi Mayk Pompeonun səfəri ilə bağlı bəyanat yayırlar.

Bəyanatı 24 partiya imzalayıb.